17:17, 11 Yanvar 2019 (Cümə) 203

Vaşinqtondan Azərbaycanlı məmurlara qarşı sanksiyalar tətbiq etmək çağırışları

Vaşinqtondan Azərbaycanlı məmurlara qarşı sanksiyalar tətbiq etmək çağırışları
ABŞ və Avropadan bir qrup jurnalist və hüquq müdafiəçisi Azərbaycanı həbsdə olan bloger Mehman Hüseynovu dərhal və qeyd-şərtsiz azad etməyə çağırıb.

"Söhbət hökumətin tənqidçilərini susdurmaqdan gedəndə Azərbaycan hakimiyyəti sərhəd tanımır", deyə yanvarın 10-da Vaşinqtonda PEN America klubuna rəhbərlik edən Tomas Melia bildirib.

Tədbirdə çıxış edən ABŞ dövlət katibinin demokratiya və insan hüquqları üzrə köməkçisinin keçmiş müavini Tomas Melia deyib ki, azad edilməsinə bir neçə həftə qalmış blogerə qarşı yeni ittihamlar "Azərbaycan hakimiyyətinin tənqidi jurnalistikaya görə onu cəzalandırmaq məqsədilə atdığı amansız addımdır".

"Hüseynovun məhkəmə təqibinin güclənməsi Azərbaycanda narazı səslərin susdurulmasına yönəlmiş qeyri-insani addımdır", deyə o qeyd edib.

Blogerin qardaşı Emin Hüseynov deyib ki, ötən cümədən etibarən qardaşı ilə əlaqəsi yoxdur. "Mehmanla, o cümlədən onun vəkilləri ilə bütün əlaqələr ciddi şəkildə məhdudlaşdırılıb", deyə Emin Hüseynov bildirib.

Hakimiyyət Mehmanın aclığı dayandırması üçün onun ailəsinə də təzyiq göstərməyə başlayıb.

"Dünya Azərbaycanın Mehmana necə münasibət göstərdiyinə diqqət yetirməlidir", deyə jurnalist və Amnesty İnternational ABŞ-da Azərbaycan üzrə mütəxəssis Aleks Raufoğlu əlavə edib.

"Azərbaycanda həqiqət tərəfdarlarının təqibi sistemi yaradılıb", deyə o əlavə edib.

Amnesty İnternational-dan Daniel balson əlavə edib ki, Azərbaycan "insanları dinc şəkildə fikirlərini bildirdiklərinə görə həbsə atdığı halda ciddi tərəfdaş roluna iddia edə bilməz".

Amnesty israrla Azərbaycan hökumətini Hüseynova qarşı yeni saxta ittihamların aradan qaldırılmasını və onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını təmin etmək üçün bütün zəruri addımları atmağa çağırır. Belə ki, o, müstəsna olaraq fikri ifadə etmək azadlığı hüququnu dinc şəkildə həyata keçirdiyinə görə saxlanılıb.

Jurnalist Sevinc Osmanqızı Hüseynovun işinin beynəlxalq səviyyədə güclü reaksiya doğurduğuna diqqət çəkib. O, aclıq elan etdikdən sonra bir qrup gənc fəal Bakıda blogerə dəstək üçün bir neçə icazəsiz yürüş təşkil edib. Müxalif Müsavat Partiyasının bir neçə üzvə və digər fəallar Hüseynova dəstək üçün aclıq aksiyasına qoşulub.

Tədbir iştirakçıları ABŞ hökumətini Mehman Müseynovun müdafiəsində daha sərt mövqe tutaraq, onun işi ilə əlaqəsi olan Azərbaycan məmurlarına qarşı sanksiyalar tətbiq edilməsi məsələsinə baxmağa çağırıblar.