10:43, 16 Oktyabr 2018 (Çərşənbə axşamı) 163

Tramp: Türkiyə ilə heç bir razılıq əldə edilməyib

Tramp: Türkiyə ilə heç bir razılıq əldə edilməyib


/ DÜNYA
ABŞ prezidenti Türkiyə ilə keşiş Endrü Bransonun azad edilməsi ilə bağlı heç bir müzakirə aparılmadığını bildirib.

"Türkiyə ilə heç bir razılıq əldə edilməyib. Bu gün Türkiyə haqda 2 gün əvvəllə müqayisədə başqa cür düşünürəm. 2 gün əvvəl belə düşünmürdüm" - deyə, Donald Tramp deyib.

Türkiyədə iki il həbsdə qalmış amerikalı keşiş azad edildikdən sonra dünən Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşüb.

Görüş zamanı prezidentin yanında diz çökərək əlini Trampın çiyninə qoyan Branson tanrıdan prezidentə "supertəbii idrak" verilməsinə dua edib.

20 ildən uzun müddət Türkiyədə yaşayan şimali karolinalı keşişin iki il öncə həbsi ABŞ-ın Türkiyəyə sanksiyalar tətbiq etməsi və prezident Donald Trampın qınaqları ilə nəticələnmişdi.

Məhkəmə terrorçuluqda ittiham olunan Bransona 3 il və 1 ay yarımlıq həbs cəzası vermişdi, lakin o, 2016-cı ilin oktaybr ayından bəri həbsdə olduğu üçün artıq azadlığa buraxılacağını bildirib.