10:59, 11 Fevral 2019 (Bazar ertəsi) 391

Şahzadə sürücülük vəsiqəsindən könüllü imtina edib

Şahzadə sürücülük vəsiqəsindən könüllü imtina edib


/ DÜNYA
Böyük Britaniya kraliçası II Yelizavetanın 97 yaşlı həyat yoldaşı şahzadə Filip sürücülük vəsiqəsindən könüllü imtina edib.

Reuters-in verdiyi məlumata görə, buna səbəb ötən ay onun qəzaya düşməsi olub.

Bu barədə Bukinqem sarayından məlumat verilib.

Yanvarın 17-də şahzadənin idarə etdiyi avtomobil İngiltərənin şərqində, kral iqamətgahının yaxınlığında başqa bir maşınla toqquşub.

Şahzadə xəsarət almasa da, digər avtomobildə olan 2 qadın-sürücü və sərnişin xəsarət alıblar.

Şahidlərin ifadəsindən bəlli olur ki, qəzanın səbəbkarı şahzadə Filip olub.

Bundan başqa polis təhlükəsizlik kəmərini taxmadığına görə ona xəbərdarlıq edib.

Polis şahzadənin sürücülük vəsiqəsinin alındığını təsdiqləyib.

Şahzadə Filip bu yaxınlarda elan edib ki, yaşına görə bir daha ictimai tədbirlərə qatılmayacaq.