16:56, 05 Noyabr 2018 (Bazar ertəsi) 144

Sabah bu ərazidə işıq olmayacaq

Sabah bu ərazidə işıq olmayacaq
Abşeron rayonu Masazır qəsəbəsi 110/10 kV-luq Ə.Vahid yarımstansiyasından qidalanan TM-54 hava elektrik verilişi xəttinin cari təmir işləri ilə əlaqədar olaraq sabah saat 10.30-dan 14.00-a qədər Xırdalan şəhəri Nizami küçəsində, Quşçuluq massivinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

Bu barədə "Azərişıq” ASC məlumat yayıb.

Yaranmış narahatçılığa görə "Azərişıq” ASC İstehlakçılardan üzr istəyir.