11:35, 11 Oktyabr 2018 (Cümə axşamı) 90

Rumıniyada pensiyalar artır

Rumıniyada pensiyalar artır
Rumıniya hökuməti gələn dörd il ərzində dövlət pensiyalarının iki dəfədən çox artırılması planını təsdiqləyib. 

Ölkədə 5,2 milyon təqaüdçü var.

Əmək hüquqları qrupları bu addımı alqışlayıb, tənqidçilər isə dövlət büdcəsinə yük olacağını bildirib.

Oktyabrın 10-da təsdiqlənmiş plana görə, pensiya xərcləmələri 2022-ci ilədək 35 milyard dollara qaldırılacaq. Bu, hazırkı səviyyədən iki dəfədən də çoxdur.

Məqsəd dövlət pensiya sistemində müxtəlif təbəqələr arasında yaranmış uçurumu ləğv etməkdir.

Rumıniyada pensiya Avropada ən aşağı səviyyədədir, aya 1100 leyə yaxındır.

Əmək naziri Olquta Vasilesku Buxarestdə jurnalistlərə deyib ki, 2022-ci ilədək bütün pensiyalar artacaq.

Pensiya planı indi parlamentin müzakirəsinə çıxarılacaq, amma sosial demokrat hökuməti qanunverici orqanda üstünlüyə malikdir.

Ötən il Rumıniya iqtisadiyyatında rekord səviyyədə – 6,9 faizlik artım baş verib.