13:32, 16 Noyabr 2018 (Cümə) 213

Məmməd İbrahimin işi üzrə yeni məhkəmə başlayır

Məmməd İbrahimin işi üzrə yeni məhkəmə başlayır
Gələn həftə Xalq Cəbhəsi Partiyasının sədrinin müşaviri Məmməd İbrahimin işi üzrə növbəti məhkəmə prosesi başlayır. 

Hazırlıq iclası Bakının Suraxanı rayon məhkəməsində noyabrın 19-na təyin edilib, bu barədə Turan-a onun vəkili Cavad Cavadov bildirib.

Məmməd İbrahim 30 sentyabr 2015-ci il tarixində həbs edilib və xuliqanlıq ittihamı ilə 3 il müddətinə mühakimə edilib. O, hquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

Həbs müddətinin başa çatmasına bir gün qalmış ona qarşı yeni qadağan edilmiş əşyaların (bıçaq) qanunsuz saxlanılması ittihamı irəli sürülüb. Bu maddə ilə o, əlavə olaraq 6 aya qədər azadlıqdan məhrum edilə bilər. Sentyabrın 28-də Yasamal məhkəməsi onu 2 ay müddətinə həbs edib.

Müdafiə tərəfi M.İbrahimin cinayət təqibinə xitam verilməsinə nail olmaq niyyətindədir. Bir müddət əvvəl onun oğlu Turan İbrahim bildirib ki, istintaq müxalifətçinin təqsirinin səhih dəlillərini təqdim etməyib.

Onun sözlərinə görə, batıcı-kəsici alətin atasına məxsus olduğunun birbaşa dəlili yoxdur. "Vəkilin vəsatəti ilə bıçaqda atamın barmaq izlərinin olub olmamasının müəyyən edilməsi üçün ekspertiza təyin edilib. Ekspertlər bıçaqda atamın barmaq izlərinin olmadığı barədə rəy veriblər", deyə T.İbrahim bildirib.