10:53, 08 Noyabr 2018 (Cümə axşamı) 132

Konqresə seçilən ilk müsəlman qadınlar

Konqresə seçilən ilk müsəlman qadınlar


/ DÜNYA
Amerika Birləşmiş Ştatlarında ara seçkilərdə Demokrat partiyası mühüm üstünlüklər qazanaraq, Nümayəndələr Palatasında nəzarətini ələ alıb. 

Demokratlar arasında iki namizədin adı isə tarixə düşəcək. Somali mənşəli amerikalı İlhan Ömər və fələstinli mühacirlərin qızı Rəşidə Tlaib ABŞ Konqresinin Nümayəndələr Palatasına seçilən ilk müsəlman qadınlardır. Yanvar ayında yeni Konqres işinə başlayacaq və ABŞ-ın mühacirət siyasətindən tutmuş xarici siyasətə qədər müxtəlif məsələlərlə bağlı qərarların verilməsində Konqresin bu iki qadın üzvü ilə bağlı böyük gözləntilər var.

Detroytda seçici Deyvid Uayt üçün Koqres seçkilərində namizəd olan keçmiş ştat qanunvericisi Rəşidə Tlaibə səs vermək tarix yazmaqdan daha çox dəyişikliyə nail olmaq demək idi.

"Rəşidə stereotipləri aşan hər şeyi təmsil edir. Onun mesajları təkcə müsəlman icmasına deyil, bir çox müxtəlif insana yönəlir. Sadəcə belə olub ki, o, müsəlmandır”, deyə o bildirib.

Somali qaçqını və Minnesota ştatından Konqresə demokrat namizəd İlhan Ömər də müxtəlif seçicilərin səslərini qazanaraq, Minneapolisdə respublikaçı rəqibi üzərində qələbə çalıb.

"Biz mühacir ailələrini, qonşularımızı, uşaqlarımızı, planetimizi və icmalalarımızı müdafiə etmək uğrunda mübarizə aparanda mən həmişə sizə arxalanmağa söz verirəm”, İlhan Ömər deyib.

Hər iki qadın təmsil etdiyi siyasi partiyaya güclü dəstək verilən dairələrdən seçilib. Detroytda Rəşidə Tlaiblə eyni seçki məntəqəsində səs verən Allison Bruks deyib ki, bu tarixi an çoxdan gözlənilirdi.

"Qəribədir ki, bu, 2018-ci ildə və bəlkə də ilk dəfədir ki baş verir. Bizim Konqresdə, Senatda və Nümayəndələr Palatasında daha çox müsəlmana ehtiyacımız var”, o bildirib.

"Ərəb və müsəlman olmaq hər zaman mənim kimliyimin bir hissəsi olaraq qalacaq. Lakin Məhəmməd Peyğəmbər hər zaman ədalət tərəfdarı idi, mənim də düşüncələrimin əsasında ədalət dayanır”, Rəşidə Tlaib deyib.

Konqresə seçilən ilk fələstinli amerikalı olan Tlaib vəzifə müddəti ərzində də prezident Donald Tramp və onun administrasiyasının yürütdüyü siyasətin açıq tənqidçisi olacağına söz verib.

"Adamlar mənə hər zaman deyir ki, biz dəyişiklik istəyirik və buna görə sizə səs vermişik. Biz orada olub, mübazirə arapan bir nəfəri istəyirik”, Rəşidə Tlaib deyib.

Seçici Deyvid Uayt onun bunu edəcəyinə əmindir.

"Mənim öz stilim Rəşidəninki kimi deyil...yəni çıxışın ortasında qalxıb, kiməsə qışqırararaq dayandırmaq. Amma bizə bunu edə bilən kimsə lazımdır”, o bildirib.

Bu stil yanvar ayında Tlaib və Ömər nəzarət etdikləri Konqresə yeni seçilmiş qanunvericilər kimi daxil olanda testdən keçiriləcək.

Amerikanın Səsi