12:34, 11 Yanvar 2019 (Cümə) 414

İran orbitə "peyklər göndərəcək"

İran orbitə


/ DÜNYA
İran özünün hazırladığı raketlərdən istifadə edərək tezliklə orbitə iki peyk göndərəcək.

Bunu prezident Həsən Ruhani deyir. Birləşmiş Ştatlar isə peyk buraxılmasının ölkənin ballistik raket hazırlamasına təkan verməsindən narahatdır.

"Tezliklə, bir neçə həftəyə özümüzün hazırladığımız raketlər vasitəsilə orbitə iki peyk buraxacağıq”, – Ruhani yanvarın 10-da mərhum prezident Akbar Hashemi Rafsanjani-nin anım mərasimində deyib.

O, raketlər və peyklər barədə əlavə bilgi verməyib.

ABŞ Dövlət katibi Mayk Pompeo bu ayın əvvəlində İrana "provokativ” planlarını davam etdirməmək xəbərdarlığı edib.

Tehran isə kosmik proqramını milli qürur məsələsi sayır, raket sınaqlarının, peyk buraxılmasının BMT qətnamələrini pozmadığını bildirir.

Azadlıq Radiosu