15:23, 09 Oktyabr 2018 (Çərşənbə axşamı) 1370

Nazirlik açıqladı: Hansı balıqları ovlamaq olar?

Nazirlik açıqladı: Hansı balıqları ovlamaq olar?
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün, oktyabrın 9-da ovlanmasına icazə verilən balıq növlərinin siyahısını yayıb.

Nazirliyin saytı yazır ki, Xəzər dənizinin Azərbaycana aid sektorunda və ölkədaxili şirin su hövzələrində – çaylarda, göllərdə, su anbarlarında, kanallarda ovlanmasına icazə verilən balıqlar bunlardır: kilkə, siyənək, kеfal, çapaq, külmə, çəki, xəşəm, sıf, kütüm, şamayı, qarasol, daban, naxa, xərçəngkimilər.

Nazirlik oktyabrın 5-də ovlanması qadağan edilən balıqların siyahısını açıqlamışdı. Ovlanması qadağan edilən balıqlar bunlardır: dəniz sıfı, qaya balığı (kələmo), zərdəpər, poru, qızılxallı, qılıncbalıq, Şirvan külməsi, Xəzər şirbiti, Xəzər qızılbalığı, nərə, bölgə, uzunburun.

Pərvanə Qurbanlı
Toplum Tv