16:51, 10 Oktyabr 2018 (Çərşənbə) 97

Gözyaşardıcı qazdan zəhərlənən şagirdlərdən xəbər var

Gözyaşardıcı qazdan zəhərlənən şagirdlərdən xəbər var
Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində 76 nömrəli tam orta məktəbdə gözyaşardıcı qazdan zəhərlənən bütün şagirdlər xəstəxanadan evə buraxılıb.

Məktəbdən Trend-ə verilən məlumata görə, şagirdlərin valideynləri ilə təhsil müəssisəsində görüş keçirilib:

"Valideynlərə tövsiyə edilib ki, övladları dərsə gələrkən onların çantalarına qoyduqları əşyalara xüsusi nəzarət etsinlər. Hazırda məktəbdə hər şey qaydasındadır".

6-cı sinif şagirdi məktəbə gözyaşardıcı qaz gətirib. Tənəffüs zamanı şagird qazı buraxıb, nəticədə 8 şagird qazdan zəhərlənib və Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb.

Hadisə yerinə təcili tibbi yardım və hüquq-mühafizə orqanları cəlb olunub.