17:22, 08 Noyabr 2018 (Cümə axşamı) 124

DTX dəmiryol xəttini sökənləri saxlayıb

DTX dəmiryol xəttini sökənləri saxlayıb
Dövlət Təhlükəsizlik Xidməti (DTX) dəmiryol xəttini sökən şəxsləri tutub.

DTX-nin məlumatına görə, 2018-ci il oktyabrın 30-da dövlət əhəmiyyətli Bakı-Ələt-Horadiz dəmir yolunun Ələt-Horadiz xətti hissəsinin "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamentinin Yol xidmətinin Saatlı yol sahəsinin (Bakıdan 191 kilometr cənub-qərb) xidmət etdiyi 28-29-cu kilometrliyində dəmir yolu xətti relslərinin birləşdiricilərinin, rels altlıqlarının və digər metal hissələri 400 metrlik məsafədə sökülüb.

DTX qeyd olunan dmiryolu xəttinin Azərbaycan vətəndaşları Novruz Əhmədov və Ruslan Orucov tərəfindən söküldüyünü müəyyən edib, həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunub və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məlum olub ki, Ruslan Orucov və Novruz Əhmədov törətdikləri əməllərin həmin xətt üzrə sərnişin və digər qatarların hərəkətinə aşkar təhlükə yaradacağını bilə-bilə əvvəlcədən özləri ilə götürdükləri alət və vasitələrdən istifadə etməklə 29-30 oktyabrda dəmir yolu xəttində qatarların hərəkət təhlükəsizliyini təmin edən 99 ədəd metal altlıq, 400 ədəd bərkidici, o cümlədən Ələt və əks istiqamətdə dəmir yolu relslərini bir birinə bağlayan 6 ədəd yanlıqları və sair metal hissələri söküb hadisə yerindən qaçıblar.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.