13:37, 15 Noyabr 2018 (Cümə axşamı) 156

"Deputatlar üçün mənzil tikilsin" - Qüdrət Həsənquliyev

Deputat Qüdrət Həsənquliyev deputatların və parlament işçilərinin maaşının artırılması və onlar üçün mənzil tikintisinin bərpa olunması təklifi ilə çıxış edib.

O, bu təkliflə "Milli Məclisin 2019-cu il üçün xərclər smetası haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.

"Bundan əlavə, mən deputatalar üçün mənzil tikintisinin yenidən bərpa olunmasını təklif edirəm. Bir zamanlar deputatalar üçün mənzillər tikilirdi və mən özüm də 2003-cü ildə mənzillə təmin olunmuşam. Amma bir müddətdir ki, mənzil tikintisi dayandırılıb. Artıq dövlətin maliyyə imkanları yenidən deputatalar üçün mənzil tikintisinə imkan yaradır. Çünki deputata aldığı maaşla ev tikə bilməz. Bu baxımdan da mənzillərin tikintisinin yenidən bərpa olunması yaxşı olardı”, - deputat əlavə edib.

Report