11:17, 10 Oktyabr 2018 (Çərşənbə) 107

Dayanacaqlar və qarajları haqqında Əsasnamədə dəyişikliklər

Dayanacaqlar və qarajları haqqında Əsasnamədə dəyişikliklər
Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamədə dəyişikliklər edilib.

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara görə, Bakı şəhərinin inzibati ərazisində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsinin yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə həmin Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda nəqliyyat vasitələrinin müvəqqəti olaraq saxlanılması üçün mühafizə olunan duracaqlar Bakı Nəqliyyat Agentliyi tərəfindən təşkil edilir.

Bakı şəhərinin inzibati ərazisində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsinin yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə həmin Məcəllənin 346- 1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda nəqliyyat vasitələri Bakı Nəqliyyat Agentliyinin mühafizə olunan duracağına gətirilir.

Bakı Nəqliyyat Agentliyinin mühafizə olunan duracaqlarında xidmətə görə ödəniş prezidentin 2018-ci il 2 aprel tarixli 1902 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsi”nin 6.7-ci bəndinə uyğun olaraq müəyyən edilir.

Bakı şəhərinin inzibati ərazisində bu Əsasnamənin 2.4-1-ci bəndinə uyğun olaraq Bakı Nəqliyyat Agentliyinin mühafizə olunan duracağında saxlanılmış nəqliyyat vasitəsi İnzibati Xətalar Məcəlləsinin 97.2-ci maddəsində nəzərdə tutulmuş hallarda sahibinə qaytarılır.

Trend