15:08, 16 Aprel 2019 (Çərşənbə axşamı) 223

Bu il güclü vulkan püskürməsi gözlənilir

Bu il güclü vulkan püskürməsi gözlənilir

 

"Bu il Azərbaycanda biri güclü olmaqla üç vulkan püskürməsi ehtimal olunur”.

Bunu AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.

O bildirib ki, vulkanların püskürəcəyi ərazi Abşeron yarımdası və Ələt zonasını əhatə edəcək: "Bu il Abşeron rayonunda Bozdağ-Qobu, Ələt zonasında Bahar və Qobustanda da "Şıxzahırlı” vulkanlarının püskürəcəyini ehtimal edirəm. Həmin vulkanların bu ilin sonuna qədər püskürəcəyi gözlənilir. Bunların arasında Bozdağ-Qobu vulkanı güclü püskürür. Azərbaycanda mövcud olan vulkanların hamısının ayrıca fəaliyyət xüsusiyyəti var. Elə vulkanlar var ki, 10, 20 və ya 30 ildən bir il püskürür. Vulkanların püskürməsində standart zaman müddəti yoxdur”. 

Report.az