14:35, 17 Aprel 2019 (Çərşənbə) 378

"Beşiktaş-Azərbaycan" aksiyaya başladı

Türkiyə futbol klubunun Azərbaycandakı azarkeş qrupu "Beşiktaş-Azərbaycan" yeni aksiya başladıb. 

"Qan ver, həyat bəxş et" şüarı altında keçirilən qan vermə aksiyası çərçivəsində toplanan qanın talesimiyyadan əziyyət çəkən uşaqlara ayrılması nəzərdə tutulub.
 
Qan toplamaq üçün 26 aprel saat 10:30-da Mərkəzi Qan Bankının həyətində toplanılacaq.

Bundan öncə də 3 ilə yaxın fəaliyyət göstərən "Beşiktaş Azərbaycan" azarkeş qrupunun bir çox xeyriyyə aksiyaları olub. 

Keçirilən aksiyalarda 300-dən çox beşiktaşlı iştirak edir.

Nərgiz Absalamova