13:38, 05 Noyabr 2018 (Bazar ertəsi) 136

“Azərenerji” daha nə qədər dövlətin çiynində yük olaraq qalmağa davam edəcək?” - Deputat

“Azərenerji” daha nə qədər dövlətin çiynində yük olaraq qalmağa davam edəcək?” - Deputat
"Azərenerji" uzun illər SOCAR-ın xətti ilə dotasiya alan və sonradan borcları silinən qurum olaraq qalır. Aydınlıq gətirilməlidir ki, "Azərenerji" daha nə qədər dövlətin çiynində yük olaraq qalmağa davam edəcək?”

"Report" xəbər verir ki, bunu millət vəkili Zahid Oruc Milli Məclisinin komitələrinin gələn ilin dövlət büdcəsi ilə bağlı birgə iclasında deyib.

"Azərbaycan öyünür ki, Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. Ölkə prezidenti çox haqlı olaraq məlum müşavirədə "Azərenerji"nin rəhbərliyini qınayıb. Bu adamlar nə üçün məsuliyyətsizliyə yol veriblər ki, ölkənin özünün daxili enerji təhlükəsizliyinə ziyan gəlib?”, - deyə deputat qeyd edib.