12:21, 20 Fevral 2019 (Çərşənbə) 412

Azərbaycanda hər 100 qıza 115 oğlan düşür

Azərbaycanda hər 100 qıza 115 oğlan düşür
Dövlət Statistika Komitəsinin hesabatına görə, 2018-ci ildə 138 min 982 nəfər doğulmuş körpə qeydə alınıb. Onların 53,4 faizi oğlan 46,6 faizi qızdır. Hər 100 doğulan qıza 115 oğlan düşdüyü bildirilir. Bioloji norma hər 100 qıza 105-107 oğlandır.

Bildirir ki, Azərbaycanın müstəqilliyini bərpa etdiyi 1991-ci ildə hər 1000 kişiyə 1048 qadın düşüb. 1996-cı ilin göstəricisi 1000 kişiyə 1032 qadın, 2001-ci ilin göstəricisi 1000 kişiyə 1043 qadın, 2006-cı ilin göstəricisi 1000 kişiyə 1030 qadın, 2011-ci ilin göstəricisi 1000 kişiyə 1017 qadın, 2016-cı ilin göstəricisi 1000 kişiyə 1007 qadın olub.

2017-ci ildə 1000 kişiyə 1006 qadın, 2018-ci ildə 1000 kişiyə 1004 qadın düşdüyü açıqlanıb.