12:48, 08 Noyabr 2018 (Cümə axşamı) 97

Avtobus süpürgəçi qadını vuraraq öldürüb

Avtobus süpürgəçi qadını vuraraq öldürüb
Bakıda avtobus süpürgəçi qadını vuraraq öldürüb.

"Report”un məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində, metronun "Neftçilər” stansiyası yaxınlığında qeydə alınıb. 

"Daewoo” markalı avtobus yolda təmizlik işləri aparan Bəsti (soyadı hələlik məlum deyil) adlı qadını vuraraq öldürüb.

Faktla bağlı Nizami rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Bakıda əvvəllər də süpürgəçilərin müxtəlif nəqliyyat vasitələri tərəfindən vurularaq öldürülməsi hadisələri baş verib.