10:25, 17 Aprel 2019 (Çərşənbə) 141

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,2 dollar və yaxud 0,27% artıb.

"Azeri Light” markalı neftin bir barelinin qiyməti 73,78 dollar təşkil edib.

"Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.